Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı aprelin 9-dək ABŞ prezidenti Donald Trampın administrasiyası tərəfindən Avropanın polad və alüminiumuna tətbiq etdiyi tariflərə cavab hazırlayacaq.
Musavat.com xəbər verir ki, bu barədə "Politico" saytı məlumat yayıb.
Saytın yazdığına görə, Avropa Komissiyası Vaşinqtonun Aİ-nin polad və alüminiuma tətbiq etdiyi tariflərə cavab olaraq əlavə rüsumlara məruz qalacaq Amerika mallarının siyahısını təklif edəcək. Buraya ət, taxıl, şərab, taxta, geyim, həmçinin tozsoranlar, saqqız, diş sapı, tualet kağızı və brilyantlar daxildir. Bundan əlavə, siyahıya AK-nin 50% rüsum tətbiq etmək niyyətində olduğu, Trampın əks tədbirlə hədələdiyi ABŞ burbonu da daxil ola bilər. Donald Tramp son tədbirin görülməsi təqdirində Avropa mənşəli spirtli içkilərə 200%-lik tarif tətbiq olunacağını bildirib.
Bundan əvvəl ABŞ Avropanın polad, alüminium, avtomobil və hissələrinə 25% rüsum tətbiq edib.
Musavat.com
11 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ