İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa əhalisi DEPRESSİYADA - Hər il 600 milyard avro...

Koronavirus pandemiyası və Ukrayna münaqişəsinin yaratdığı geniş depressiya səbəbindən Avropa İttifaqının iqtisadi göstəriciləri pisləşib. Belə ki, Aİ hər il 600 milyard avro itirir.

Musavat.com “İnteria” portalına istinadən xəbər verir ki, Polşa İqtisadiyyat İnstitutunun ekspertləri bu qənaətə gəliblər.

Nəşr qeyd edir ki, avropalılar arasında geniş yayılmış depressiya və narahatlıq epidemiya miqyasına çatıb.

Bu, əmək məhsuldarlığının azalmasına səbəb olur.

"Aİ-nin 27 ölkəsində və Böyük Britaniyada psixi sağlamlıq problemlərinə görə ümumi xərclər ÜDM-in 4,2%-ni, yəni 600 milyard avrodan artıqdır", - deyə nəşr yazır.

Belə ki, respondentlərin 62%-i koronavirus pandemiyasının və Ukraynadakı münaqişənin onların psixi vəziyyətinə mənfi təsirindən danışıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR