Onlayn ictimai-siyasi qəzet
Havaların isti keçməsi fonunda Avropa ölkələri yeraltı anbarlardan qaz istehlakı tempini aşağı salıb.
Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatına istinadən xəbər verir ki, dekabrın 17-də Aİ ölkələrindəki anbarlardan 475 milyon kubmetr qaz götürülüb, onlara 28 milyon kubmetr qaz vurulub.
Hazırda yeraltı anbarlar 77,09 doludur ki, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 3,06 faiz bəndi aşağıdır.
Anbarlarda 85,6 milyard kubmetr qaz qalıb.
Qeyd edək ki, Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə (son payız-qış mövsümündən 10 gün tez) başlayıb və həmin andan etibarən Aİ ölkələri anbarlardan 21,5 milyard kubmetrdən çox qaz götürüblər.
Dekabrda Aİ-nin elektrik enerjisi istehsalında külək enerjisinin payı 20 faiz təşkil edir. Noyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 491 dollar olub, dekabrda isə - indiyə qədər təxminən 485 dollardır.
Dekabrın ortalarında terminallardan Avropa qaz ötürmə sisteminə maye qaz daxilolmaları bu müddət üçün rekord göstəricidir. Hazırda maye qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 49 faizi ilə yüklənib.
Musavat.com
19 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ