Onlayn ictimai-siyasi qəzet
Avropada yeraltı anbarlardakı qaz ehtiyatları 59 faizdən aşağı düşüb.
Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, hazırda anbarlardan gündəlik 1 milyard kubmetrdən yuxarı qaz götürülür.
GIE məlumatlarına əsasən yanvarın 21-də Avropanın anbarları 58,5 faiz doludur (2024-cü ilin yanvarında bu tarix üçün orta göstəricidən 7,84 faiz aşağı, onda ehtiyatlar 74 faiz idi –red.). Qaz ehtiyatlarının istehlakının yüksək tempinə (yanvarda üçüncü ən yüksək göstərici) baxmayaraq, Avropa üçün vəziyyəti fəlakətli saymaq olmaz. Çünki yeraltı qaz anbarlarında yanacağın ümumi həcmi yanvarın əvvəlinə bütün müşahidə dövrü üçün dördüncü ən yüksək göstəricidir - 64,9 milyard kubmetr. Aİ istilik mövsümü başlayandan bəri yeraltı qaz anbarlarından 43 milyard kubmetrdən çox qaz çıxarıb.
Avropada istilik mövsümü 2024-cü il oktyabrın 29-da (əvvəlki payız-qış mövsümündən 10 gün tez) başlayıb.
Ötən qış istilik mövsümü 31 mart 2024-cü ildə başa çatıb və anbarlarda ehtiyatların 58,44 faizi qalıb. Bu il ehtiyatların 40 faizədək azalacağı gözlənilir.
Aİ elektrik enerjisi istehsalında külək enerjisinin payı 2024-cü ilin dekabr ayının ortalarından bəri ən aşağı səviyyəyə düşüb və yanvar ayında orta hesabla 20 faiz təşkil edir. Avropada dekabrda qazın orta alış qiyməti 1000 kubmetr üçün 489 dollar təşkil edib, yanvar ayının ötən dövründə 506 dollar ətrafındadır.
Yanvarda Avropa qaz nəqli sisteminə terminallardan LNG tədarükü dekabr ayı ilə müqayisədə artıb. Hazırda maye qazın yenidən qazlaşdırılması Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 49 faizi ilə yüklənir.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ