Onlayn ictimai-siyasi qəzet
Avropa NATO-da ABŞ-ı əvəz etmək planı üzərində işləyir.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Avropanın ən böyük hərbi gücləri ABŞ-ın yerinə üzərlərinə tədricən daha çox məsuliyyət götürmək planları üzərində çalışır.
Müzakirələr ABŞ-ın NATO-dan birtərəfli qaydada çıxması perspektivinin yarada biləcəyi xaosdan qaçmaq naminə aparılır. Qeyri-rəsmi müzakirələrdə iştirak edən dövlətlər arasında İngiltərə, Fransa, Almaniya və Şimali Avropa ölkələri yer alıb. Onların məqsədi maliyyə və hərbi yükü Avropa paytaxtlarının üzərinə atmaq planı hazırlamaq, onu iyun ayında Haaqada keçiriləcək NATO liderlərinin illik sammitindən əvvəl ABŞ-a təqdim etməkdir. Təklif ABŞ-ın Asiyaya daha çox diqqət yetirməsinə imkan verəcək. Bundan başqa, planda Avropanın müdafiə xərclərinin artırılması nəzərdə tutulur.
Rəsmilərin hesablamalarına görə, nüvə silahları xaric, ABŞ-ın hərbi imkanlarını əvəz edə biləcək səviyyəyə çatmaq üçün Avropaya ən az 5-10 il lazımdır.
Musavat.com
23 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ