İnsanlara hürriyət, millətlərə istiqlal!

Avrokomissar: “Aİ və Böyük Britaniya “Brexit” üzrə danışıqlarda irəliləyiş əldə edib”

Avropa İttifaqı (Aİ) Böyük Britaniya tərəfi ilə “Brexit” sazişinin Şimali İrlandiya Protokolu üzrə danışıqlarda irəliləyiş əldə edib.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının energetika üzrə komissarı Maroş Şefkoviç Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli ilə görüşdən sonra bildirib.

“Konstruktiv qarşılıqlı əlaqə oldu. Yaxşı irəliləyiş əldə etdik. Ümumi məqsəd aydındır: Şimali İrlandiyadakı insanların gündəlik qayğılarına cavab verən birgə həllər”, - o deyib.

Xatırladaq ki, daha əvvəl “Bloomberg” agentliyi Böyük Britaniyanın Baş naziri Rişi Sunakın nazirlərdən və rəsmilərdən ölkənin Avropa İttifaqı ilə əlaqələrinin bərpası üçün plan hazırlamağı xahiş etdiyini yazmışdı. Vurğulanır ki, söhbət müdafiə, miqrasiya, ticarət, energetika və beynəlxalq standartlar sahələrində daha sıx əməkdaşlıqdan gedir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR