Onlayn ictimai-siyasi qəzet
Avronun məzənnəsi ABŞ dolları ilə demək olar ki, bərabərləşib. Avropa valyutası 0,5% ucuzlaşaraq $1,0306 səviyyəsinə enib.
Musavat.com xəbər verir ki, bu, noyabr 2022-ci ildən bəri ən aşağı göstərici hesab olunur.
Mütəxəssislərin fikrincə, bu azalmanın əsas səbəbi Avropa iqtisadiyyatına dair artan narahatlıqlardır. Bundan əlavə, Avropa və ABŞ arasında tətbiq olunan pul-kredit siyasətlərindəki fərqlər də bu enişə təsir göstərib.
ABŞ-da yüksək faiz dərəcələri dolları gücləndirərkən, Avropada iqtisadi böyümənin yavaşlaması və inflyasiya ilə bağlı problemlər avronun zəifləməsinə səbəb olur. Analitiklər yaxın dövrdə bu tendensiyanın davam edəcəyini proqnozlaşdırır.
İqtisadi mühitdəki bu dəyişikliklər Avropa Birliyi ölkələrində ixrac və idxal əməliyyatlarına da təsir göstərə bilər.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ