İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avrasiya İqtisadi İttifaqından ən çox qazanan Ermənistan olub”

“Ermənistanın iqtisadi artımı onun Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzvlüyündən əsas faydalanan tərəf olduğunu göstərir”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

“Son illərdə Ermənistanın ticarət və iqtisadiyyatının artması – bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından ən çox qazanan ölkə olub”, - deyə o qeyd edib.

Overçuk medianın “Ermənistanın yerini kimsə tuta bilərmi” sualını yanlış adlandırıb.

“Sualı bu cür qoymaq olmaz, çünki Aİİ-yə qoşulmaq məsələsi həmişə ölkənin müstəqil qərarıdır və o, öz maraqlarına əsaslanaraq qoşulub-qoşulmayacağını müəyyən edir”, - deyə o qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR