İnsanlara hürriyət, millətlərə istiqlal!

"Atletiko" Qrizmanın transferi ilə bağlı "Barselona" ilə razılaşıb

İspaniyanın "Atletiko" (Madrid) klubu Antuan Qrizmanın birdəfəlik transferi üçün "Barselona" ilə razılığa gəlib.

"Report" "Mas Atletico" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 31 yaşlı hücumçu üçün qarşı tərəfə 20 milyon avro ödəcəyək.

Fransalı oyunçu cari mövsüm "Atletiko"nun heyətində 10 oyuna çıxıb və 3 qola imza atıb.

Qeyd edək ki, 2021-ci ildən icarə əsasında paytaxt klubunda çıxış edən Antuan Qrizman 2019-cu ildən məhz bu komandadan "Barselona"ya keçib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR