İnsanlara hürriyət, millətlərə istiqlal!

ATƏT sədri Cənubi Qafqaza gələcək-məqsəd?  

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmani aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.

Musavat.com bildirir ki, ATƏT-in mətbuat xidmətindən Ermənistan mediasına verilən məlumata görə, Osmaninin rəsmi şəxslər və digər maraqlı tərəflərlə görüşləri nəzərdə tutulub.

Həmçinin parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçiriləcək.

Səfərin məqsədi ATƏT ilə Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığı gücləndirmək, mövcud təhlükəsizlik çağırışlarını aradan qaldırmaq və dialoq yolu ilə Cənubi Qafqaz regionunda sülh və sabitliyi təşviq etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR