Onlayn ictimai-siyasi qəzet
2024-cü il avqustun 11-də ATƏT-in nümayəndəsi, seçki üzrə analitik Oleksi Luçkovaxla “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının üzvlərinin görüşü olub.
Bu barədə Musavat.com-a “Mənim səsim” Seçki Monitorinq Koalisiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı və ekspertlər - sosioloq Əhməd Qəşəmoğlu və politoloq Adəm İsmayıl Bakuvi iştirak edib.
Görüşdə Azərbaycan Respublikasının Milli Məclisinə sentyabr ayının 1-də keçiriləcək seçkiləri ilə bağlı müzakirələr aparılıb. ATƏT nümayəndəsi müvafiq qeydlər götürüb. Koalisiya təmsilçiləri seçkiqabağı mühiti diqqətlə izlədiklərini bildiriblər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ