Onlayn ictimai-siyasi qəzet
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün süni intellekt texnologiyası ilə canlandırılan fotosu sosial medianı silkələyib.
Musavat.com xəbər verir ki, bir sosial media istifadəçisi Mustafa Kamal Atatürkün üz cizgilərini və bədən ölçülərini süni intellektdən istifadə edərək günümüzün geyimlərinə uyğunlaşdıraraq çəkib.
Həmin foto #Atatürk həştəqi ilə Tvitterdə paylaşılıb.
Foto sosial mediada böyük bəyənmə toplayıb. Bəzi sosial media istifadəçiləri isə görüntünün Atatürkə bənzəmədiyini qeyd ediblər.
Qeyd edək ki, bu, Mustafa Kamal Atatürkün ilk belə görüntüsü deyil.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ