İnsanlara hürriyət, millətlərə istiqlal!

Atasının "özünü as, öldür" dediyi Laçınla bağlı ARAŞDIRMA BAŞLADI

Şərur rayonunda 17 yaşlı qız intihar edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, Şərur rayon sakini 2005-ci il təvəllüdlü Rzayeva Laçın Ümman qızının iyulun 23-də yaşadığı evin həyatyanı sahəsindəki bağda özünü asaraq intihar etməsi faktı ilə bağlı hazırda Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, intihar edən gəncin ölümündən sonra yayılan mesajlarında onun, imtahanda az bal topladığı üçün ailəsi tərəfindən təzyiqlərə məruz qaldığı yazılıb. Laçın bildirib ki, atası "mən gələnə qədər özünü as" deyib. Məhz bu sözə görə də o, özünə qəsd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR