İnsanlara hürriyət, millətlərə istiqlal!

Atasını döyən şəxsi öldürən gənc tutuldu - VİDEO

Oktyabrın 24-ü Cəlilabadda Mirxaqani Əhmədovu bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Böyükxan Elçin oğlu Muradlı saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, M.Əhmədov bir neçə il əvvəl münaqişə zəminində Böyükxanın atası, rayonda “Məşədi Elçin” adı ilə tanınan şəxsə ağır xəsarət yetirib. Həmin vaxt həbs edilən şəxs 6 il sonra yenicə azadlığa çıxıbmış. Atasını vuran şəxsin həbsdən çıxdığını öyrənən Böyükxan onu izləyərək gecə saatlarında Cəlilabad şəhəri ərazisində qəfil hücum etməklə qətlə yetirib. Hadisə anbaan kameraya düşüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR