Onlayn ictimai-siyasi qəzet
"Bu yaş tam fərqli gəldi. Çünki ata rolunda ilk doğum günümü qeyd edirəm. Buna görə şükürlərim sonsuzdur. Daha neçə gözəl, uğurlu, sağlam, parlaq yaşlara".
Musavat.com xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov ad günü münasibəti ilə etdiyi paylaşımda qeyd edib.
Həyat yoldaşı Ülviyyə isə Nicat haqqında "Sənin üçün olan dualarım, arzularım sonsuzdur. Ama Allah sənin hamıda yalnız yaxşı tərəfləri görən, başqasının sevincinə, uğuruna paxıllıqsız tam səmimi sevinən, kədərinə göstəriş üçün deyil, tam səmimi can yandıran, əli, kölnü açıq ürəyinə görə versə, o sənə yetərlidir. Allah səni və sevdiklərini qorusun. Ad günün mübarək, Nicat ata" sözlərini yazıb.
Qeyd edək ki, Ülviyyə adlı xanımla ailəli olan Nicatın Mehriban adlı bir qız övladı var.
Musavat.com
19 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ