Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaqlanıb.
Musavat.com Baku TV-yə istinadən xəbər verir ki, hadisənin bəzi detalları məlum olub.
Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, qonşular arasında mübahisə toyda yaranıb:
“Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları “söhbətə” çağırıblar. Gələnlər özləri ilə bıçaq gətiriblər. Atasına, yəni qudama üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər”.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Həkim Vasif Məmmədov bildirib ki, hər iki xəstə dərhal əməliyyata alınıb, hazırda vəziyyətləri ağır-stabildir.
Ətraflı videomaterialda:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ