İnsanlara hürriyət, millətlərə istiqlal!

“At kimi kişnəyirlər” – Qədir Rüstəmovu küsdürən məşhur zarafat

Mərhum xanəndəmiz Qədir Rüstəmovun xanımı Fatma Rüstəmova Musavat.com-un müsahibi olub.

Söhbət zamanı o, yoldaşı ilə bağlı maraqlı xatirələri dilə gətirib.

Onlardan birini müsahibədən kənar təqdim edirik:

“Yazıçı Anar “Uzun ömrün akkordları” filmini çəkirdi. Qədir həmin filmdə Cabbar Qaryağdı obrazında idi. Onun fiziki görnüşü və səs tonu Cabbar Qaryağdıya bənzəyirdi. Buna görə də də Anar Qədirin həmin obrazı canlandırmasını israrla istəyirdi. Yoldaşım isə kaprizli adam idi, filmdə çəkilməyə o qədər də marağı yox idi. Çəkiliş üçün onu evdə tapa bilmirdilər. Çəkiləndə isə qirim etməyə icazə vermirdi, deyirdi, belə şeylərdən xoşu gəlmir.

74950188-21f6-418c-87bd-75a00d01b687.jpg (144 KB)

Anar çətinliklə onu filmə çəkdi. Jurnalistlər sonradan bununla bağlı yazıçıya sual veriblər. Deyiblər, necə oldu ki, Qədir müəllimi tuta bildiniz, axı o razılıq vermirdi. Yazıçı Anarın cavabı belə olub: ”Baxır ovçusuna”.

Bu, Qədirin xətrinə dəymişdi, deyirdi, “bəyəm mən ovam”. Tez inciyən adam idi.

images.jpg (11 KB)

Kaman ifaçısı Habil Əliyevlə birgə toylara gedirdilər. Yaxşı münasibətləri var idi. Bir dəfə Habil müəllim müsahibəsində deyib ki, “Alim Qasımovla Qədir at kimi kişnəyirlər”. Bu da yoldaşımın xətrinə dəymişdi. O da Habilə cavabında :” Sən də qoca vaxtında cücələrim mahnısını çalırsan”,-deyə cavab vermişdi. Aralarında zaraftlı atmacalar olurdu, amma bir-birlərini sevirdilər”.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR