İnsanlara hürriyət, millətlərə istiqlal!

Astroloqlar politoloqlara qarşı? - ermənilərlə barışıq qiyamətə qaldımı...

2023-cü ilin bitməsinə iki aydan da az qaldı. Bu ərəfədə cəmiyyətimizi düşündürən suallardan biri də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanıb-imzalanmayacağı ilə bağlıdır. Çünki söhbət bölgədə yeni müharibə ehtimalının gündəmdən çıxıb-çıxmayacağından gedir.    

“Bu ilin sonunadək Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Axar.az-a açıqlamasında tanınmış ekstrasens Zirəddin Rzayev deyib.

“Təxminən iki il əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağını demişdim. Lakin müqavilənin nə bu il, nə də yaxın illərdə imzalanacağını görmürəm. Buna baxmayaraq, Azərbaycan sonda öz istəyinə nail olacaq və tərəflər arasında sülh müqaviləsi imzalanacaq”, - Rzayev bildirib.

Bəs digər ekspertlər, siyasi təhlilçilər bu təxminləri bölüşürmü?

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a danışıb:

Qabil Hüseynli: “Türkiyə Cənubi Qafqaz uğrunda Rusiya ilə toqquşmalı  olacaq” » Reyting.az

Qabil Hüseynli: “Sülh müqaviləsini yaxın aylardan deyil, qarşıdakı ildən gözləyirik, çünki... ”

“Müşahidələr onu göstərir ki, sülh müqaviləsinin bu ilin sonuna qədər bağlanması ehtimalı hər gün aşağı düşür. Yəni, sülh yaratma prosesinə qoşulan super dövlətlər bu prosesin uğurla nəticələnməsi üçün lazımi səylər göstərmirlər. Üstəlik sülh  müqaviləsinin imzalanması məsələsində Qərb dövlətləri Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları ilə Rusiya arasında antagonizm mövcuddur.

Brüssel prosesində vasitəçilik dəyəri kifayət qədər uğurlu idi. Amma Brüssel prosesində iştirak edən Avropa Birliyi son vaxtlar sülh yaratma prosesinə özləri süni əngəllər yaratdılar. Məsələn, sülhyaratma prosesinin gündəliyinə bu prosesi ləngidə biləcək suallar salmağa başladılar. Xüsusilə Azərbaycana münasibətdə özünü daha qabarıq surətdə biruzə verirdi. Bu fürsətdən istifadə edən Rusiya sülh yaratma prosesində özünü gündəmə gətirdi. Və beləliklə Qərblə Şərq arasında qarşıdurma vəziyyəti daha da genişləndi.

İndi Ermənistan birmənalı şəkildə Brüssel prosesinin dəstəkləyir. Üstəlik də Brüssel prosesi vasitəsi ilə Qarabağ ermənilərinin məsələsini sülh müqaviləsinin mətninə daxil etdirməyə çalışır. Təbii ki, Azərbaycan vəziyyətin bu cür gedişi ilə razı ola bilməz.

İndi suallar var ki, danışıqlar Moskvadan, yoxsa Brüsseldə gedəcək? Bu məsələdə hətta Tiflisin adı çəkilir. Qeyd edim ki, Tiflis variantı yenidir, gündəliyə təzə gəlib. Ona görə də bu variant hələ ki, ümidverici görünmür.

Beləliklə, sülh müqaviləsini yaxın aylardan deyil, qarşıdakı ildən gözləməliyik".

Siyasi şərhçi Elxan Şahinoğlu da yaxın iki ay ərzində sülh müqaviləsinin gözlənilmədiyini bildirib:

“Təki yanılım. Amma ilin sonuna iki ay qalıb və bu müddətdə sülh sazişinin bağlanması mümkünsüz görünür. Çünki görüşlər də yoxdur. Qranadada görüş baş tutmadı, İlham Əliyev obyektiv səbəblərə görə iştirak etmədi, çünki orada yenə Fransa olacaq. Daha sonra Ermənistanın Baş naziri Paşinyan da Bişkekə gəlmədi.

Amma gələn il üçün optimistik ki, gələn il ərzində imzalanması ehtimalı var. Bu məsələdə Paşinyanın da açıqlamalarını nəzərə almalıyıq. O, sülh sazişindən danışır, amma 8 kənd var ki, onun taleyi həll olunmalıdır.

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu: “İki ay ərzində sülh sazişinin bağlanması mümkünsüz görünür”

O ki qaldı sülh sazişinin Avropada, Moskvada, yoxsa Tiflisdə bağlanma ehtimalına, mən şəxsən Tiflisin üzərində dayanıram. Çünki bu, hər iki tərəfə daha münasibdir.

Brüssel, Moskva, Vaşinton hazırda bir-biriləri ilə rəqabət aparırlar. Yəni, tutaq ki, bunların birində sülh sazişi imzalanmasına digəri mane olmağa çalışır, hətta müəyyən təxribatlara yol verir.

Astroloji proqnozlara maraq niyə azalır? - Səbuhi Rəhimli: “Falçılıq şeytan  işidir”

Səbuhi Rəhimli: “Sülh müqaviləsi gələn il gözlənilir”

Amma Tiflis sülhə daha maraqlıdır. Üstəlik bu yaxınlarda həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistanın Baş nazirinin Tiflisə səfərləri olub. İlham Əliyev sülh sazişinin Tiflisdə  bağlanmasına razıdır, qalır Paşinyanın buna razılıq verməsi. Hesab edirəm ki, Paşinyan Tiflis variantına üstünlük verə bilər".

“Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli isə qeyd edib:

“Siyasi prosesləri izləyən bir şəxs kimi hesab edirəm ki, sülh müqaviləsi gələn il bağlana bilər. Yəni bu ilin sonuna referendum və sülh müqaviləsi gözlənilmir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR