İnsanlara hürriyət, millətlərə istiqlal!

Astanada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub- VİDEO, YENİLƏNİB

Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında rəsmi qarşılanma mərasimi olub.

Musavat.com xəbər verir ki, “Akorda” Prezident Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Qazaxıstanın nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Kasım-Jomart Tokayevə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səsləndirilib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

***

Astanada Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, dövlət başçısını Qazaxıstan Prezidentini Kasım-Jomart Tokayev qarşılayıb.

Qeyd edək ki, aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR