İnsanlara hürriyət, millətlərə istiqlal!

Astana: rus dili dərsliyində Nazarbayevlə bağlı verilən paraqraf hiddət doğurub

Qazaxıstanda 3-cü sinif üçün rus dili dərsliyində Qazaxıstan Respublikasının birinci prezidenti Nursultan Nazarbayevlə bağlı yazı qazaxları qəzəbləndirib.

Musavat.com Qazax24.info-ya istinadla xəbər verir ki, Albina Batqızı Aten Facebook-da 3-cü sinif üçün rus dili dərsliyindən tapşırıqla şəkil yerləşdirib.

“Prezident Nursultan Abişeviç Nazarbayev respublikamızın rəhbəridir. Nursultan Nazarbayev Müstəqil Qazaxıstan Respublikasının Birinci Prezidentidir. Dekabrın 1-də biz dövlət bayramını - Birinci Prezident Gününü qeyd edirik”, - deyə tapşırıqda bildirilir.

Respublika Elmi-Praktiki Təhsilin Məzmununun Ekspertizası Mərkəzi qazaxıstanlı qadının paylaşımına münasibət bildirib.

“Bu dərslik 2017-ci ildə dövlət imtahanından keçib, ondan sonra 2018-ci ildə dərsliklər və tədris-metodiki komplekslər siyahısına daxil edilib. Mətndəki ictimai məlumatlar son illərdə dəyişib. O cümlədən, 2019-cu ilin mart ayında N.A. Nazarbayevin dövlət başçısı səlahiyyətlərinə xitam verilib. Əvvəllər dövlət bayramları kateqoriyasında qeyd olunan 1 dekabr - Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü bu yaxınlarda digər bayramlar sırasına daxil edilib". 

Şərhə cavab olaraq Albina Batqızı Aten qeyd edib ki, ibtidai sinif şagirdlərinə belə ideoloji məna daşıyan mətn nəyə lazımdır. O, həmçinin vurğulayıb ki, böyük hərflərlə yazılan mətndə rus dilinin qaydalarına zidd olan çoxlu sözlər var. Bundan əlavə, o, dərsliklərin təsdiqi komissiyalarının tərkibinə valideynləri də daxil etməyi təklif edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR