İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞPA Rusiyanı terrorçu rejim kimi tanıyan qətnaməni qəbul etdi

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasını terrorçu rejim adlandıran qətnamə qəbul edib.

Qətnamə yekdilliklə qəbul edilib, zalda iştirak edən deputatların 99-u lehinə səs verib, bir nəfər isə bitərəf qalıb.

AŞPA-nın Strasburqda keçirilən payız sessiyasında “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün kəskinləşməsi” adlı sənəd təqdim olunub.

Sənəddə qeyd edilir ki, bu təcavüz özlüyündə cinayət, beynəlxalq hüququn pozulması və beynəlxalq sülh və təhlükəsizliyə əsas təhdid kimi birmənalı şəkildə pislənməlidir.

Qətnamədə həmçinin Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsini tələb edən düzəliş də yer alıb.

AŞPA Rusiyanı terrorçu dövlət kimi tanıyan ilk beynəlxalq təşkilat olub.

Mənbə: Yevropeyskaya pravda

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR