İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-dan Rusiyaya Moldova ittihamı - işğal rəsmən tanındı

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya Federasiyasının Moldova ərazisinin bir hissəsini - Dnestryanı ərazini işğal etdiyini tanıyıb. Musavat.com bununla bağlı xarici mediaya istinadən xəbər verir. Məlumatda deyilir ki, AŞPA Moldovanın işğal olunmuş hissəsi ilə bağlı qətnaməni dəstəkləyib.

Çərşənbə axşamı, martın 15-də AŞ PA, xüsusən də Rusiyanın Moldovaya qarşı silahlı təcavüzünü, habelə Moldovanın Dnestryanı bölgəsinin Rusiya hakimiyyəti tərəfindən işğalını tanıyan “Avropa həqiqəti” sənədinə baxmalı idi. Söhbət Rusiyanın Avropa Şurasından çıxarılmasının təşəbbüskarı olmaq istədikləri qərar layihəsindən gedirdi. Avropalı deputatlar sənədə bir sıra düzəlişlər təqdim ediblər ki, onlardan biri Moldova ərazisinə aid olub.

Qəbul edilmiş sənədlə Dnestryanı AŞ PA səviyyəsində ilk dəfə rəsmi olaraq işğal olunmuş ərazi kimi tanınıb. Əvvəllər Avropa Şurasında bu ərazinin Rusiyanın “effektiv nəzarəti altında” olduğu bildirilirdi.

Bundan əvvəl AŞPA üzvləri artıq Rusiya Federasiyasının qurumdan çıxarılması ilə bağlı qətnamə qəbul etmişdi. Avropa Parlamentinin heç biri üzvü sənədin əleyhinə çıxış etməyib.

Xatırladaq ki, 1992-ci ildə Moldovada Dnestryanı uğrunda döyüşlər olub, lakin sonralar münaqişə dondurulmuş vəziyyətdə qaldı. Bununla belə, Moldova ərazisində özünü “müstəqil” elan etmiş “Pridnestrovye Respublikası” yaradıldı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR