Onlayn ictimai-siyasi qəzet
Türkiyədə avtomobil təmirxanası yanıb.
Milli.Az xəbər verir ki, araşdırmalar nəticəsində yanğının qəsdən törədildiyi üzə çıxıb.
Malatyada avtomobil ustası işləyən Özgür Ö. xanımı ilə dalaşdığı üçün əsəbiləşərək iş yerini yandırıb. Təmirxana yararsız hala düşüb, 4 avtomobilə ziyan dəyib.
Hadisə dünən axşam saatlarında Çavuşoğlu məhəlləsindəki təmirxanada baş verib.
İddialara görə, usta təmirxanaya gələn xanımı ilə bilinməyən səbəbdən dalaşıb. Əsəblərini cilovlaya bilməyən Özgür adlı şəxs iş yerini yandırıb. Ətrafdakılar dərhal yanğınsöndürən çağırıblar. Yanğın qısa zamanda söndürülsə də, iş yerinə və 4 avtomobilə ciddi ziyan dəyib.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ