Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 21-də Qarabağdakı baş terrorçu Araik Arutyunyan “artsax ehtiyatda zabitlər ittifaqı ictimai təşkilatı”nın bir qrup üzvünü qəbul edib.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir. Məlumata görə, Arutyunyan İrəvanda Ermənistan hakimiyyəti ilə son müzakirələrin təfərrüatlarını təqdim etmək üçün başlayan siyasi məsləhətləşmələr və görüşlər çərçivəsində bu görüşü reallaşdırıb.
Bildirilir ki, görüşdə “artsax” ətrafında hərbi-siyasi vəziyyət, mövcud çağırışlar və onların aradan qaldırılması üçün atılan addımlar müzakirə olunub.
Görüş zamanı Arutyunyan iclasda iştirak edənləri narahat edən bir sıra suallara da cavab verib və onları əmin edib ki, “ehtiyatda olan zabitlərin sosial problemləri daim diqqət mərkəzindədir”.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ