İnsanlara hürriyət, millətlərə istiqlal!

Artur Vanesyan: "Cənubi Qafqazda “Moskva-Tehran-İrəvan” oxu qurulmalıdır"



Ermənistan bölgədə İran və Rusiya ilə birlikdə hərəkət etməlidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistanın “Ana Vətən” partiyasının sədri, Milli təhlükəsizlik xidmətinin  keçmiş direktoru Artur Vanetsyan İranın “Shargh” jurnalına açıqlamasında deyib.

Müsahibə “Tehran-İrəvan-Moskva oxu həyata keçirilməlidir” başlığı altında dərc edilib.

Müsahibəni şərh edən erməni iranşünas alim Vardan Voskanyanın sözlərinə görə, Artur Vanetsyan burada hərbi əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirib. Burada  təhlükəsizlik sahəsində hərbi proqramların həyata keçirilməsi və birgə təlimlər vasitəsilə hərbi əməkdaşlığın genişləndirilməsi də var.

Həmçinin, müsahibədə Cənubi Qafqazda Tehran-İrəvan-Moskva üçtərəfli formatının formalaşdırılmasından danışılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR