Onlayn ictimai-siyasi qəzet
"Ermənistan baş naziri ilə çoxdandır ki, müzakirələr aparılmır, ondan sadəcə tələb edirlər".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan tərəfindən səslənib.
Karapetyan bununla Paşinyanın son mətbuat konfransını, onun bəzi bəyanatlarını, eləcə də rəsmi İrəvanın bahalı Qərb silahlarını almaq istəyini şərh edib.
“Silahlanmaq əvəzinə ordunu bacarıqla idarə etmək lazım idi. Biz Azərbaycanda 5 milyardlıq silah qoyub getdik. O, hələ də danışıqlar aparmaqdan danışır, halbuki onlar uzun müddət onunla danışıqlar aparmırlar, ancaq tələb edirlər”, - deyə Karapetyan bildirib.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ