İnsanlara hürriyət, millətlərə istiqlal!

Armen Qriqoryan etiraf etdi və açıq danışdı

"Biz hesab edirik ki, demarkasiya prosesi uğurla keçib, Ermənistan ərazisindən bir millimetr də ərazi verilməyib".

Musavat.com Ermənistan mediasına əsasən xəbər verir ki, bu sözləri ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Radioya müsahibəsində deyib.

Qriqoryan Alma-Ata Bəyannaməsi əsasında sərhədin delimitasiyası prosesinə toxunaraq qeyd edib ki, Ermənistanla Azərbaycan arasında mühüm razılaşma əldə olunub.

O, daha sonra deyib: "Bu, 1976-cı il xəritələrinə uyğun olaraq demarkasiyanı davam etdirməyimiz üçün presedent yaratdı".

“Ermənistan Azərbaycana nəyi güzəştə gedib” sualına isə Qriqoryan belə cavab verib: “Ermənistanın ərazisi qanunla sizə məxsus olan yerdir”.

Təhlükəsizlik Şurasının katibi birbaşa və açıq mətnlə söyləyir ki, Azərbaycana qaytarılan kəndlər Ermənistana məxsus deyil, işğal olunub, Azərbaycanındır və indi də geri verilir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR