Onlayn ictimai-siyasi qəzet
Ermənistanda baş verən hadisələr ölkənin gələcəyi haqqında ciddi düşünməyə vadar edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanatın müəllifi yerli “Sosial ədalət uğrunda” partiyasının lideri, rusiyapərəst siyasətçi Arman Qukasyandır.
“Rusiya Xarici Kəşfiyyat Xidməti tərəfindən açıqlanan məlumatlar narahatlıqlarımızı təsdiqləyir: xarici qüvvələr, xüsusilə ABŞ, qərbyönümlü partiyaların parlamentə və 2026-cı il seçkilərində hakimiyyətə gəlməsini təmin etmək üçün fəal işləyir. Adı çəkilən siyasi qüvvələr arasında Aram Sarkisyanın "Respublika", Arman Babacanyanın "Respublika naminə", Tiqran Xzmalyanın "Avropa Partiyası" və Levon Şirinyanın "Xristian-Demokrat Partiyası" mövcuddur.
Bu strukturlar özlərini "demokratiyanın barışmaz müdafiəçiləri" kimi təqdim etsələr də, onların əsl məqsədi Ermənistanın milli maraqlarından çox xarici qüvvələrin maraqlarını irəlilətməkdir”,-deyə erməni siyasətçi bildirib.
Musavat.com
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ