İnsanlara hürriyət, millətlərə istiqlal!

Arman Qriqoryan: Paşinyan Ermənistanın strateji oriyentasiyasını dəyişməyə çalışarkən riskləri nəzərə almır

Ermənistanın hazırkı hakimiyyət orqanları, görünür, öz ölkələrinin “strateji oriyentasiyasını” dəyişməyə çalışır, bunun gətirdiyi “xərcləri və riskləri” isə faktiki olaraq görməzlikdən gəlir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikri Lihay Universitetinin (Pensilvaniya) professoru Arman Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayenin Ermənistanla bağlı bəyanatlarını şərh edərkən bildirib.

“Təəssüf ki, (ermənilər üçün-red.) Ermənistanda hakimiyyətdə belə bir siyasətin risklərini faktiki olaraq nəzərə almadan ölkənin strateji oriyentasiyasını dəyişmək niyyətində görünən bir hökumət var. Təəssüf ki, O'Brayen kimi bəzi ABŞ rəsmiləri bu fürsətdən istifadə etmək niyyətində görünürlər ", - deyə o bildirib.

Qriqoryana görə, “Rusiya 2008-ci ildə Qərbə qarşı siyasətini açıq şəkildə ifadə edib”, yəni Moskva “bir vaxtlar Sovet İttifaqının tərkibində olan regionlara Qərbin strateji irəliləməsinə sərt təpki göstərəciyini bildirib.

“Rusiya bu cür cəhdlərin qarşısını almaq üçün hərbi gücdən istifadə edəcəyini göstərib. Mən başa düşmürəm ki, Ermənistan bu baxımdan Gürcüstan və Ukraynadan nə ilə fərqlənəcək. Ermənistan-Rusiya münasibətlərində gərginlik açıq qarşıdurma həddinə çatsa, Qərb Ermənistanı Ukrayna kimi qoruya biləcəkmi”, - deyə erməni politoloq qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR