Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Radio və Televiziya Şurası (RTÜK) 4 baxımlı seriala və kanala cəza tətbiq edib.
Yayım qaydalarına riayət etmədiyi üçün "Sahipsizler", "Yabani", "Deha" və "Arka Sokaklar" seriallarına qadağa tətbiq edilib.
Şura "Sahipsizler"in yayımlandığı Star TV-yə, "Yabani"nin yayımlandığı NOW TV-yə və "Deha"nın yayımlandığı Show TV-yə sözügedən serialların yayımının 2 bölüm dayandırması barədə qərar verib.
"Arka Sokaklar"ın yayımlandığı "Kanal D"yə isə həm cərimə, həm də 2 bölümün dayandırılması cəzası tətbiq edilib.
Buna səbəb sonuncu bölümdə azyaşlı qızların evləndirilməsi mövzusuna yer verilməsi olub./BAKU.WS/
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ