Onlayn ictimai-siyasi qəzet
Karyerasını başa vuran "Qalatasaray"ın sabiq üzvü Arda Turan üçün vida oyunu keçiriləcək.
Qol.az xəbər verir ki, bunu İstanbul təmsilçisinin vitse-prezidenti Erden Timur klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Vida oyununun keçirilmə vaxtı hələ məlum deyil.
Qeyd edək ki, A.Turan karyerasını 35 yaşında başa vurub. O, “Qalatasaray”, “Manisaspor”, “Atletiko”, “Barselona” və “İstanbul Başakşehir”də çıxış edib. Ardanın sonuncu klubu (2020-22-ci illər) yetirməsi olduğu “Qalatasaray” olub. O, 2006-2017-ci illərdə Türkiyə millisində 100 oyunda meydana çıxıb, 17 qol vurub.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ