İnsanlara hürriyət, millətlərə istiqlal!

“ArBat” muzdlularından şok bəyanat: “Ermənistanı bu şərtlə qorumağa hazırıq”

Rusiyada yaradılan “ArBat” xüsusi təyinatlı erməni batalyonu (muzdlu batalyonu) Ermənistandakı vəziyyətlə bağlı bəyanat yayıb.

Musavat.com xəbər verir ki, buna səbəb batalyonun bəzi adı açıqlanmayan ermənilər tərəfindən hədələnməsi, onların Ermənistana dönərək hətta hakimiyyət dəyişikliyi edə biləcəkləri yönündə açıqlamalardır.

Bəyanatında deyilir:

“Biz, “ArBat” döyüşçüləri heç vaxt Qərbin yaydığı ucuz videolardan fərqli olaraq uydurma təxəllüslər altında gizlənmirik. Bəs siz niyə arvadların ətəyinin altında gizlənirsiz? Əgər doğrudan da ermənisinizsə, niyə adınızı demirsiniz? İnternet təlxəklər ilə işimiz yoxdur. Amma bir çoxumuz milliyyətcə erməni olduğumuz üçün videoda deyilən sözlər bizdə narahatlıq yaratdı. Biz bir şərtlə ölkəyə gələcəyik ki, böyük və azad Ermənistanın dinc sakinləri onları videonu yayanlardan və ölkəni Qərbə satmağa çalışanlardan qorumaq xahişi ilə bizə müraciət etsinlər. Biz Ermənistanı təxribatçılardan və gizli düşmənlərdən qorumağa hazırıq. Biz terrora, zorakılığa, Vətənlə ticarətə qarşıyıq. Qərb ağalarının pulu üçün var gücü ilə Ermənistanı satmağa hazır olan daxili düşmənlərindən qoruyacağıq”.

arbat-tserkov-1.jpg (230 KB)

Oxuculara bildirək ki, xüsusi təyinatlı “ArBat” batalyonu 2022-ci ilin payızında Qorlovkanın müdafiəsi üçün yaradılıb. Batalyonu qondarma “Donetsk Xalq Respublikasının” Boks Federasiyasının fəxri prezidenti Armen Sərkisyan yaradıb. 1 iyul 2023-cü ildə rəsmi olaraq Rusiya Müdafiə Nazirliyinin strukturuna daxil olub. Sonra Erməni Apostol Kilsəsinin və Rus yeparxiyasının da xeyir-duasını alıblar, bunun üçün xüsusi tədbir də keçirilib.

Erməni muzdlularından ibarət dəstə cəbhənin bir çox sahələrində döyüş əməliyyatlarında iştirak edir, bir sıra taktiki tapşırıqları yerinə yetirir.

“Biz ən əvvəl “Donbasın vəhşi diviziyasına” qoşulduq, qüvvələrimizi birləşdirdik, Qorlovka və Donbas sərhədlərini çiyin-çiyinə müdafiə etdik, biz xidmətə yox, Vətənimizi müdafiə etməyə gəlmişik”, - deyə Armen Sərkisyan çıxışlarının deyib.

DSC01136.jpg (6.44 MB)

Digər hərbi birləşmələrlə birlikdə “ArBat” batalyonu avqustun 8-dən Donbasdan Kursk vilayətinə göndərilib. Rusiya mənbələrinə görə, Kursk şəhərində ermənilər ruslardan və ukraynalılardan sonra sayca üçüncü yerdədirlər.

Priqojinin “Vaqner” xüsusi hərbiləşdirilmiş servis dəstəsi kimi “ArBat”ın Ermənistan hakimiyyətini xain adlandırması və “lazım olarsa, gələrək” hədəsi təsadüfi olmaya da bilər....

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR