İnsanlara hürriyət, millətlərə istiqlal!

Ararat Mirzoyanı döyən adam Avropa Məhkəməsinə müraciət etdi

Ermənistanda hazırkı xarici işlər naziri Ararat Mirzoyanın döyülməsi işi üzrə saxlanılan Ara Badoyan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, AİHM bu işlə maraqlanıb və Ermənistandan iş üzrə sənədlər və digər əlavə məlumatların verilməsini istəyib.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanması elan edildikdən sonra İrəvanda parlamentin, hökumətin binaları qarşısında iğtişaşlar baş verib.

İğtişaşçılar parlamentin binasına soxulub və Dəmirçyan və Proşyan küçələrinin kəsişməsində Mirzoyanın avtomobilini görəndə onu maşından çıxarıb və döyməyə başlayıblar. Nəticədə o, çoxsaylı sınıqlar və digər xəsarətlərlə huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İstintaq materiallarına görə, Badoyan spiker Ararat Mirzoyana qarşı zorakılıq tətbiq edən iğtişaşçılara qoşularaq onların sıralarını yarıb, artıq yerdə uzanmış Ararat Mirzoyana yaxınlaşaraq onu təpiklə vurub.

Badoyan özü təqsiri etiraf etmir. Onun sözlərinə görə, Mirzoyana yaxınlaşanda o, artıq yerdə olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR