İnsanlara hürriyət, millətlərə istiqlal!

Aram Qasparyan həbs edildi

Ermənistan Dövlət Təhlükəsizlik Xidmətinin zabiti Aram Qasparyan həbs edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli məhkəmə Qasparyan barəsində ev həbsinə, girov qoyulmasına və xaricə çıxmamağa dair qərar çıxarıb.

Təhqiqat Komitəsindən alınan cavaba əsasən, Aram Qasparyan haqqında 2003-cü il Cinayət Məcəlləsinin 38-258-ci maddəsi, 1-ci və 3-cü hissəsi, 1-ci bəndi ilə cinayət işi açılıb, həmçinin əmlakın zərərli şəkildə məhv edilməsi və ya zədələnməsində iştirak maddəsi üzrə də iş başlanılıb.

Bildirilir ki, o, baş nazir Nikol Paşinyanın Sünik bölgəsinə səfəri zamanı bir qrup şəxslə birlikdə xuliqanlıq törədib və başqa şəxslərin əmlakını ciddi şəkildə zədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR