Onlayn ictimai-siyasi qəzet
“Ermənistandakı və diasporadakı ermənilərin sırf erməni istehsalı olan malları – kənd təsərrüfatı məhsulları, içkilər, erməni şirkətləri tərəfindən təqdim olunan xidmətlər alması son dərəcə vacibdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin aparat rəhbəri Araik Arutyunyan Facebook səhifəsində yazıb.
Ermənistan yük maşınlarının Yuxarı Lars keçid məntəqəsində ilişib qalması fonunda Arutunyanın bu müraciəti təsadüf deyil.
“Erməni biznesi xaricdə yaşayan ermənilərin bayram və qeyri-bayram süfrələri üçün yeni bazarlar tapsa, hər hansı Yuxarı Lars keçid məntəqəsinin bağlanması bizə təsir etməyəcək”, - deyə o yazıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ