İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik TƏCİLİ qurum yaradır, sabahdan Ağdam yoluna razılaşacaqlar - Polkovniklə CANLI

Qarabağdakı terrorçu-quldur dəstəsinin başçısı Araik Arutyunyan mövcud reallıq və yaranmış durumdan çıxış yolları ilə bağlə “artsax tv”yə eksklüziv müsahibə verəcəyini açıqlaması erməni cəmiyyətində ciddi rezonansa səbəb olub.

Bəziləri Arutyunyanın bu açıqlamasını Qarabağ ermənilərinin Azərbaycanla dialoqa və bəzi məsələlərdə güzəştə getmək istəyi ilə izah edir. Bu baradə “hraparak” yazır.
Nəşrin yazdığına görə, onlar hesab edirlər ki, Araik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir. O, açıq şəkildə “inteqrasiya yoxdur” bəyanatlarına qoşulsa da, amma reallıqda gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.

Nəşr onu da qeyd edib ki, Arutyunyan bu məqsədlə yaxın gələcəkdə nə edəcəyini müzakirə edəcək və qərarlar qəbul edə biləcək başqa bir qurum yaratmaq qərarına gəlib.
“Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan insanlar nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər. Bunu isə nə qədər yüksək vəzifə tutmasından asılı olmayaraq, bir nəfər təkbaşına həll edə bilməz.

Həmin qurum orada yaşayan insanların fikrini əks etdirməlidir. Lakin həyat göstərir ki, Qarabağda nüfuz sahibi olan insanlar, məsələn, “keçmiş prezidentlər” (terrorçu-quldurlar-red) məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər. Digərlərinin bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü şəxslərin iştirakı yalnız dağıdıcıdır”, - nəşr yazır.

“Laçın yolunu Azərbaycan tərəfindən bağlanılmadığı deyilib, onda sülhməramlılar niyə hərəkət etmir?” Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Baş nazir sülhməramlıların izahat verməli olduğunu bildirib: “Əgər vəziyyət belədirsə, rus sülhməramlıları niyə bizim göndərdiyimiz humanitar yükləri Qarabağa buraxmırlar? Onlardan cavab gözləyirik, izahatlarını dinləmək lazımdır. Bu məsələ aydınlaşmalıdır, aidiyyatı qurumlarımız mövzunu araşdırmalıdırlar.

Mən Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması əsasında sülhün bərqərar olmasına, saziş imzalanmasına sadiqliyimizi bir daha vurğulamaq istəyirəm. Hər şeyə rəğmən, uzunmüddətli, sabit və davamlı sülhə nail olmaz şansımız var”.

Ombudsman tərəfindən Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində milli və beynəlxalq hüquq normalarının, o cümlədən BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərinə uyğun keçirilən növbəti başçəkmə çərçivəsində 29 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılan Vaqif Xaçaturyan fərdi qaydada qəbul edilib.
“Ermənistan hakimiyyətinin Qarabağa humanitar yük göndərməsinin əls məqsədi üzə çıxdı, hamısı Paşinyanla Arutyunyanın planıdır”.

Tanınmış erməni blogger Mikael Badalyan deyib. Badalyan separatçıların rəhbərinin Ağdam təklifinə dair sensasion açıqlama verəcəyini bildirib: “Paşinyanla Arutyunyanın planının ən böyük mərhələsi isə sabah başlayacaq. Belə ki, Araik Arutyunyan sabah mətbuat konfransı keçirəcəyini açıqlayıb. O, böyük ehtimalla konfransda Qarabağada vəziyyətin yaxşı olmadığını, isanların artıq kütləvi şəkildə ərazini tərk etdiyini, başqa yollarının qalmadığını deyəcək. Beləliklə də, Ağdam vasitəsilə əraziyə bir neçə humanitar yük maşınının yardım göndərə biləcəyini söyləyəcək. Amma paralel olaraq Laçın yolu vasitəsilə də humanitar daşımaların bərpa edilməsi tələbini irəli sürəcək.

Bununla da 2025-ə qədər Qarabağ əhalisinin Azərbaycana reinteqrasiya prosesi sürətlənəcək və ruslar bölgəni tərk edəndə ərazi artıq tam olaraq Azərbaycanın tərkib hissəsinə çevriləcək”.
Araik Qarabağ ermənilərinin Ağdamdan gələn maşınların keçidinə mane olmağa çalışacağından qorxurdu. Amam uzun müddətdir ki, buna hazırlıq görüb. Bu nəticə isə Qərb üçün böyük zəfər olacaq, Rusiya bölgədən getdikcə sıxışdırılmağa başlayacaq. Əgər Araik bu addımı atarsa, oradakı sistemi faciəli nəticələr gözləyir”-deyə, blogger bildirib.
TVMusavat-ın saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu polkovnik Şair Ramaldanovla söhbətləşir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR