Onlayn ictimai-siyasi qəzet
Srağagün separatçı-başı Araik Arutyunyanın verdiyi təxribatçı müsahibə, baş xuntaçının növbəti dəfə Azərbaycan dövlətinə meydan oxuması, dünən isə daşnak David İşxanyanın qondarma “artsax parlamentinin sədri seçilməsi” buna şəkk-şübhə saxlamır.
Bəlli olduğu kimi, Araik Azərbaycanın təkliflərini qəbul etməyəcəklərini bildirib, faktiki silahlı mübarizəyə çağırıb. Ağılları gedib 80-ci illərə. Eyni zamanda bir daha aydın olur ki, separatçılar Qarabağdakı sadə erməniləri də girov saxlayırlar.
Belə demarşlara Azərbaycan, əlbəttə ki, uzun müddət susqun qala bilməz. Daha bir səbəbə: Qarabağa artıq böyük köç başlayıb, quruculuq-bərpa işləri ildən-ilə sürətlənir. Dəfələrlə yazdığımız kimi, biz imkan verə bilmərik ki, silahlı banditlər həm qayıdan əhalimizə, həm də Qarabağın bərpası prosesinə ciddi təhlükə yaratsın. Belə bir “lüks” onlara tanınmayacaq, çünki bu bizim qırmızı xəttimiz! Azərbaycan dövləti nəyi nə vaxt edəcəyini yaxşı bilir...
TVMusavat-ın bu gün saat 11:30-də canlı yayımlanan “Həftə içi” proqramında aparıcı Emil Salamoğlu politoloq Elxan Şahinoğlu ilə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ