İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik həqiqətən Putinə MƏKTUB yazıbmı?

Xəbər verildiyi kimi bu gün Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi ərazidə “hakimiyyətini” elan edən qondarma və oyuncaq “DQR”in “prezidenti Araik Arutunyanın Rusiya lideri Vladimir Putinə məktub yazdığı barədə məlumat yayılıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı ziddiyətli informasiyalar da gəlir.

Belə ki, qondarma qurumun “prezidenti”nin mətbuat katibi Lusine Avanesyan həmin məlumatla əlaqədar “Şərh yoxdur” cümləsini işlədib.

Qeyd edək ki, erməni mediasının nümayəndələri mətbuat katibindən “məktubun həqiqətən də V.Putinə ünvanlanıb-ünvananmadığını, əgər belədirsə, Rusiya Federasiyasının prezidentinin cavabının nə olduğunu” soruşublar.

Xatırladaq ki, qondarma qurumun “Antiböhran Şurası”nın sədri Tiqran Petrosyan bir müddət əvvəl bildirmişdi ki, separatçı rejimin Putinə bölgədəki vəziyyətlə bağlı məktub göndərdyini bildirmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR