İnsanlara hürriyət, millətlərə istiqlal!

Araik Arutyunyan Qarabağa köçən rusiyalı milyarderlə görüşdü-FOTO

Sentyabrın 8-də Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan bu günlərdə Rusiya vətəndaşlığından imtina edərək, qanunsuz olaraq Azərbaycan ərazisinə köçmüş rusiyalı milyarder Ruben Vardanyanla görüşüb.

Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.

Qondarma qurumdan bildirilib ki, Arutyunyan Ruben Vardanyanın ““artsax”a köçmək, artsaxın təhlükəsizliyinin və inkişafında bilavasitə iştirak etmək qərarını alqışlayıb və bunun bütün dünya ermənilərinin çoxu üçün nümunə olacağına ümid etdiyini bildirib”.

Məlumatda bildirilir ki, görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR