İnsanlara hürriyət, millətlərə istiqlal!

AQTA Qəbələdəki kütləvi zəhərlənmə ilə bağlıHƏRƏKƏTƏ KEÇDİ

Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.
İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

AQTA-dan Musavat.com-a verilən məlumata görə, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR