İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar Xidmətlər Agentliyində yeni təyinat

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində yeni təyinat olub.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyinin Layihə Meneceri Elməddin Namazov AXA sədrinin müavini təyin edilib. O bu vəzifədə keçmiş sədr müavini Eldar Həsənovu əvəzləyib.

Qeyd edək ki, E. Namazov aqrar sahədə 15 ilə yaxın iş təcrübəsinə malikdir. Azərbaycan Dövlət Aqrar Universitetində karyerasına professor köməkçisi, müəllim kimi başlayan Elməddin Namazov, Dünya Bankı, FAO, GİZ kimi beynəlxalq təşkilatların layihələrində kənd təsərrüfatı mütəxəssisi kimi fəaliyyətini davam etdirib. 4 il Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətində (GİZ) Kənd Təsərrüfatı Layihə rəhbəri, 3 il Avropa İttifaqının Azərbaycan ofisində Layihə meneceri və kənd təsərrüfatı üzrə ekspert vəzifələrində çalışıb.

İngilis və rus dillərini bilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR