İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Ələsgər Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü seçildi - Ankarada

Türk İnternet Media Birliyinin (TİMBİR) Ankarada Birinci Qurultayı keçirilib.

Musavat.com xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi təbrik məktubunun oxunması ilə başlayan qurultayda TİMBİR-in yeni İdarə Heyəti formalaşdırılıb.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər də TİMBİR İdarə Heyətinin üzvü seçilib.

Qeyd edək ki, Türk İnternet Media Birliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cari ilin 7 mart tarixində imzaladığı 6906 saylı sərəncamı ilə qurulub. TİMBİR 104 qurucu üzvü və 1000-dən internet saytını özündə birləşdirməklə bərabər, 15 ölkədə fəaliyyət göstərir.

Qurumun gələcək hədəflərindən əsası kimi dünyanın müxtəlif ölkələrinin internet xəbərçiliyi ilə məşğul olan quruluşlarını birliyə cəlb etmək müəyyənləşdirilib.

Musavat.com

9681be82-9bbd-42d9-8099-3ba12e3fcb24.jpg (258 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR