İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas: “Xocalıya köçənlərə bir metr də torpaq verilmir”

Deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşu zamanı çıxış edib.

Musavat.com-un məlumatına görə, o bildirib ki, Qarabağ azad ediləndən sonra yenidən qurulan şəhər və kəndlərə qayıdan yerli əhaliyə torpaq verilməyib.

Aqil Abbas qeyd edib ki, başqa yerlərdən gələnlər torpaqları alıb və istifadə edir, təkcə qarabağlılardan başqa.

“Torpaqlar kiminsə monopoliyası üçün azad olunmayıb”, - deyə deputat bildirib.

O qeyd edib ki, hektarla ərazilərə sahiblənən şəxslər var:

“Xocalıya köçənlərə bir metr də torpaq verilmir. Amma Xocalıdan olmayan adamın 600 hektar torpağı var”.

Aqil Abbas vurğulayıb ki, bələdiyyələr də torpaqsız qalıb:

“Bələdiyyələrdən danışdılar. Ağdam bələdiyyəsinin torpağı nə vaxt olacaq, Allah bilir. Ağdamda sürətli işlər gedir, tikintinin miqyası o dərəcədə genişdir ki, elə bil BAM tikilir. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.

Spiker reaksiyasında xatırladıb ki, Prezident İlham Əliyev “Qarabağ torpaqlarında Qarabağ camaatı yaşayacaq, özü də əbədi olaraq” deyib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR