İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqil Abbas Baş nazirə müraciət etdi: "Nəşriyyatlar can verir"

Deputat Aqil Abbas parlamentdəki çıxışında kağız məhsulları üzərindən Əlavə Dəyər Vergisinin götürülməsi ilə bağlı qanuna əməl olunmamasından şikayətləndi. “Nəşriyyatlar can verir. Qəzetlər canını verib qurtarıb”- deyə, deputat bildirdi.

O xatırlatdı ki, yanvar ayından qanun kağız üzərindən ƏDV-nin götürülməsinə yaşı işıq yandırsa da, çox təəssüf ki, hələ də Nazirlər Kabineti məsələni təsdiqləyib, Gömrük Komitəsinə göndərməyib. “Yenidən müzakirə olunmalıdırmı, yeni qanunmu qəbul olunmalıdır? Xahiş edirəm hörmətli Baş nazir Əli Əsədov bu məsələ ilə bağlı göstəriş versin. Bu, asan bir şeydir”-deputat qeyd etdi. Deputat dedi ki, biz özümüz kağız istehsal etmirik, ancaq xaricdən alırıq: “Bunun üstünə ƏDV gələndə yüksək məbləğ edir”.

A.Abbas ölkədə kitaba və qəzetə münasibətin də yaxşı olmadığında şikayətlənərək bildirdi ki, ölkədə qəzet və kitab oxuyanlar yoxdur: “Kitab oxumayan millətin gələcəyi yoxdur. Dünyada ən az kitab oxuyan millətik”.

Sədr Sahibə Qafarova isə “Aqil müəllim, hansı statistika var ki, biz kitab oxumuruq? Mən hələ elə bir statistika görməmişəm ki, Azərbaycan ən az kitab oxuyan ölkədir. Elə bilirəm ki, kitab oxuyan həmişə oxuyur”, deyə, reaksiya verdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR