Onlayn ictimai-siyasi qəzet
Çeçenistan sakinlərindən səfərbər edilən “Axmat” xüsusi təyinatlı dəstəsinin komandanı Apti Alaudinov “Axmat Çeçnya” alayının beş döyüşçüsünün Ukrayna hərbçilərinin Kursk vilayətindəki əməliyyatı zamanı əsir düşdüklərini təsdiq edib.
Musavat.com xəbər verir ki, Alaudinov bundan əvvəl onun dəstəsindən kiminsə əsir düşdüyünə dair xəbərləri təkzib etmiş və demişdi ki, “əsir düşən çeçen artıq kadırovçu deyil”.
Əsirlər barəsində buna bənzər fikriləri bundan əvvəl Çeçenistanın başçısı Ramzan Kadırov da dilə gətirib.
“Axmat” alayından əsirləri əks etdirən video avqustun 11-də “Xoçu jit” Ukrayna dövlət layihəsinin teleqram kanalında dərc olunmuşdu. Bu layihə könüllü olaraq əsir düşmək istəyən rusiyalı hərbçilər üçün yaradılıb.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ