Onlayn ictimai-siyasi qəzet
“Apple” şirkəti yeni “iPhone SE”-ni təqdim etməyə hazırlaşır - yenilənmiş büdcə smartfonu gələn həftənin əvvəlində debüt edə və fevralın sonuna qədər satışa çıxa bilər.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeni “iPhone 14” və A18 çipinin dizaynını alacaq.
“Bloomberg” nəşrinin məlumatına görə, smartfon həmçinin “Apple Intelligence” süni intellekt dəstəyi alacaq.
Cihazda “Home” düyməsi olmayacaq. Bu da onu əvvəlki SE modellərindən nəzərəçarpacaq dərəcədə fərqləndirəcək.
Hazırda “Apple” yeni məhsulun dəyərini açıqlamır. “iPhone SE”-nin (3-cü nəsil) hazırkı versiyasının qiyməti 429 dollardır, lakin yenilənmiş dizayn və yeni funksiyalara görə qiymət 500 dollara qədər qalxa bilər.
Musavat.com
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ