İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı meyxanaçıya verdiyi suallara görə tənqid olundu - VİDEO

Meyxanaçı Rüfət Nasosnu "Rəngarəng səhər" verilişində qonaq olub.

Meyxanaçı övladlığa uşaq götürmək istəmədiyini bildirib:

"Allah insana ya yaxşısını verir, ya da ondan yaxşısını. Verər nemətdir, verməz hikmətdir. Deyərəm pis çıxar. O qədər adama yardım edirəm ki, elə övladlıq kimidir. Ola bilər ki, sən ona ürəyini verəsən, hərtərəfli yaxşı olasan, amma nəticədə o qane olmasın. Əlbəttə, qorxuram. Elə nüanslar var ki... 15-20 ildən sonra deyər ki, bioloji atamı axtarıram. Bundan qorxuram". 

Proqramın aparıcısı Zaur Nəbioğlu R.Nasosnudan "Fani həyatdır, istəməzsən sən və ya xanımın dünyanızı dəyişəndə tabutunuzun, məzarınızın başında bir övlad kimi göz yaşı axıtsın?" deyə, soruşub.

Rüfət sualı cavablandırmağa çalışıb:

"Heç kimin ölüsü yerdə qalmır. Bu günə kimi eşitməmişəm ki, kiminsə meyiti yerdə qalıb".

Zaur onun sözlərini "Kimsəsiz məzarlıqlar var" fikrini səsləndirərək kəsib.

Meyxanaçı isə nitqinə belə davam edib:

"Elə dövrdür ki, özündən sonra vəsait qoydun səni dəfn edəcəklər. İkincisi də istəyir Vaşinqtonda, Ağ Evin qabağında, istəyir Müşfiqabaddan çıxanda, çöllükdə basdırsınlar. Əsas o biri dünyada cavab verməkdir.

46 yaşım var. İnsan arzuları ilə bilinir. İnsanı danışdır, arzusu nədirsə, o da o boydadır. Mənim ən böyük arzum ata olmaq deyil. Ən böyük arzum yaxşı övlad olmaqdır. Öz atama yaxşı övlad olmağı bacarmadım, amma anama oldum. Onun problemi yoxdur. Nə bacarıramsa, edirəm. Bacarmadığımı da edirəm, təki anam rahat yaşasın, üzü gülsün. Verilişlərdə fasilələrdə də ona zəng edirəm ki, görüm necədir. Məktəb oxumayıb. O vaxt qardaşları qoymayıb, qısqanclıq ediblər. Lənkəranda olublar, 7-8 qardaşı var idi. İndi onun bu telefonlardan başı çıxmır. Köhnə telefon almışam, "Yes" düyməsinə də öz nömrəmi qoymuşam".

Aparıcı daha sonra Rüfətdən "Qorxursan ananı itirməkdən" deyə soruşub.

Meyxanaçı sualı "Kim qorxmaz ki? Ancaq həyat belədir, gərək insan özünü hər şeyə hazırlasın. Bilmək olmur, kim-kimdən əvvəl ölər" deyə, cavablayıb. 

Aparıcının verilişin qonağına bu cür suallar ünvanlaması sosial media izləyiciləri tərəfindən müzakirə olunub və onu buna görə tənqid ediblər. İzləyicilər Zaurun suallarını qeyri-etik qiymətləndiriblər.

Qeyd edək ki, daha əvvəl "7 tamam" proqramında aparıcı Nanə Ağamalıyeva Rüfətdən niyə övladının olmadığını soruşub. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR