İnsanlara hürriyət, millətlərə istiqlal!

AP Polşada raket qəzası haqqında doğru informasiya verməyən jurnalistini işdən qovdu

“Associated Press” Polşaya düşən raketlərin Rusiyaya məxsus olduğunu yazan jurnalisti işdən qovub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The Washington Post” və “The Daily Beast” saytları yazıb.

Həmin jurnalistin adı Ceyms LaPortadır. İşdən qovulmaya səbəb olan xəbər noyabrın 15-də axşam Polşanın şərqində iki raketin düşməsindən sonra dərc edilib. Mətnin müəllifi “ABŞ kəşfiyyatının yüksək rütbəli rəsmisinə istinadən” “Rusiya raketlərinin NATO üzvü olan Polşa ərazisini keçərək iki nəfərin ölümünə səbəb olduğunu” yazıbmış.

Daha sonra “Associated Press” xəbəri silərək, " raketlərin Rusiyada istehsal edildiyini və çox güman ki, onun hücumundan müdafiə üçün Ukrayna tərəfindən atıldığını göstərdi" göstərib. Doğru olmayan informasiyaya görə, redaksiya daxili araşdırmaya başlayıb.

LaPorta “Associated Press” üçün hərbi və milli təhlükəsizlik sahəsində xəbərləri işıqlandırırmış.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR