İnsanlara hürriyət, millətlərə istiqlal!

Anna Mkrtçyanın atası və qardaşı Baş Prokurorluğa çağırıldı

Ermənistan parlamentinin müxalifətçi deputatı Anna Mkrtçyanın atası, Kasax kəndinin keçmiş rəhbəri Ara Mkrtçyanın, eləcə də deputatın qardaşı Ayk Mkrtçyan Ermənistan Baş Prokurorluğunun qanunsuz mənşəli əmlakın müsadirəsi üzrə idarəsinə dəvət edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onlar sentyabrın 24-də prokurorluqda ifadə verməlidirlər.

Ermənistanın Araqatsotn vilayətinin Kasax icmasının rəhbəri vəzifəsini tutan Ara Mkrtçyan parlamentə keçirilən son seçkilərdə vətəndaşları müxalifətdə olan “Şərəf duyuram” blokuna səs verməyə məcbur etməkdə suçlanıb. Daha sonra o, 15 milyon dram (təxminən 37,5 min dollar) məbləğində zaminə buraxılıb.

Bundan əlavə, Mkrtçyana qarşı dövlət əmlakının mənimsənilməsi ittihamı irəli sürülüb. İstintaq iddia edir ki, o və işçiləri torpaq sahələrinin satışı üçün sənədləri saxtalaşdıraraq böyük pul qazanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR