Onlayn ictimai-siyasi qəzet
Ermənistanın maliyyə naziri Vahe Ovannisyan baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana bağışlanan 134 min dollarlıq avtomobillə bağlı verilən suala cavab tapa bilməyib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, parlamentdə yerli jurnalistlər nazirdən hansı səbəblərə görə Anna Akopyan üçün “Lexus LX” avtomobilinin alındığını soruşublar.
Həmin maşının qiyməti 140 min ABŞ dolları civarında qiymətləndirilir.
Jurnalistlər maliyyə nazirinə 2012-ci ildə Serj Sarkisyanın həyat yoldaşına “Toyota Camry” markalı avtomobilin xidmət göstərdiyini də xatırladıblar.
Ovannisyan bu suallara cavab tapa bilməyib və sualı dövlət təhlükəsizlik xidmətinə ünvanlamağı tövsiyə edib.
Musavat.com
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ